Böyükağa Hacıyev qovuldu
22.12.2012 - 18:23
Topaz Premyer Liqasının XVIII turunun AZAL-la oyunu “Neftçi” üçün xoşagəlməz hadisə ilə əlamətdar olub. Apasport.az saytının məlumatına görə, komandanın baş məşqçisi Böyükağa Hacıyev texniki zonadan qovulub. Qarşılaşmanın 62-ci dəqiqəsində texniki zona qaydalarını pozan hakim baş hakim Elçin Məmmədovun qəzəbinə tuş gəlib. Referi onu qarşılaşmanı azarkeşlərin yanından, tribunadan izləməyə göndərib.
0
0