“Altılıq” uğrunda sonadək vuruşacağıq”
22.12.2012 - 19:48
“Altılıq” uğrunda sonadək vuruşacağıq”
Topaz Premyer Liqasının XVIII turunda “Neftçi”yə 2:?4 hesabı ilə uduzan AZAL-ın məğlubiyyətinin səbəbi məlum olub. Apasport.az saytının məlumatına görə, qarşılaşmadan sonra keçirilən mətbuat konfransında “təyyarəçilər”in baş məşqçisi Vaqif Sadıqov bütün günahları qapıçıda gördüyünü açıqlayıb.

O, “Neftçi” kimi yaxşı oynamasına baxmayaraq uduzan komandasını amil Ağacanovun səhvlərinin qurbanı hesab edir: “Neftçi” ilə matç sübut etdi ki, biz vacib qarşılaşmalarda oynaya bilmirik. Bu oyunda qapıçısız oynasaydıq, daha yaxşı olardı. Belə toplar buraxmaq komandamıza yaraşmır. Nildo isə qazandığı imkanlardan yararlana bilmədi. Məğlubiyyət isə mənim günahımdır. Heyətdə islahatlar aparacağıq. Bunun sayəsində “altılıq” uğrunda sonadək vuruşacağıq. Buna nail olacağımıza inanıram".