Böyükağa Hacıyev təxribatdan şikayətlənir
22.12.2012 - 19:57
Böyükağa Hacıyev təxribatdan şikayətlənir
“Oyunumuz pis alınmadı. Hamımız gördük ki, “Neftçi”yə rəqib yoxdur”. Apasport.az saytının məlumatına görə, bu sözləri Bakının “Neftçi” klubunun baş məşqçisi Böyükağa Hacıyev deyib.

Topaz Premyer Liqasının XVIII turunun AZAL-la oyunundan sonra 4:2 hesablı qələbəsən məmnun qalan mütəxəssis baş hakim Elçin Məmmədovdan narazı qalıb. Buna səbəb referinin onu texniki zonadan qovmasıdır: “AZAL-ın oyununda isə müəyyən çatışmamazlıqlar var. Mənə qarşı aqressiya və təxribat var. Baş hakim Elçin Məmmədovun sözündən çıxmaq olmaz. Mənə çıx dedi, mən də sözünə əməl edib çıxdım. Onun mənə qarşı etdiyindən PFL-ə və Hakimlər Komitəsinə şikayət edəcəyəm. Lazım gələrsə lap futboldan gedərəm”.