Özkara oynamadı, komandası məğlub oldu
22.12.2012 - 20:18
Özkara oynamadı, komandası məğlub oldu

Azərbaycan milli komandasının hücumçusu Cihan Özkaranın çıxış etdiyi “Ərciyəsspor” bu gün növbəti matçını keçirib. Apasport.az saytının məlumatına görə, təmsilçimizin komandası Türkiyə PTT Birinci Liqanın 17-ci turu çərçivəsində səfərdə “Şanlıurfaspor”la münasibətlərinə aydınlıq gətirib.

Təəssüf ki, Özkaranın komandası görüşdən minimal hesablı məğlubiyyətlə ayrılıb.

Ötən tur evində “Manisaspor”la (2:3) qarşılaşmada ilk “18-lik”ə belə düşə bilməyən Özkara, bu dəfə isə oyunu sona qədər ehtiyatda izləyib.

Qeyd edək ki, “Ərciyəsspor” 30 xalla turnir cədvəlinin vahid lideridir.


Türkiyə PTT birinci liqası

17-ci tur

22 dekabr

“Şanlıurfaspor” – “Ərciyəsspor” 1:0
Serdar Özkan, 59