Rail sarı vərəqə ilə cəzalandırıldı, komandası uduzdu
22.12.2012 - 20:35
Azərbaycan milli komandasının müdafiəçisi Rail Məlikovun çıxış etdiyi “Dənizlispor” bu gün növbəti matçına çıxıb. Apasport.az saytının məlumatına görə, həmyerlimizin komandası Türkiyə PTT Birinci Liqanın 17-ci turu çərçivəsində səfərdə “Bucaspor”la üz-üzə gəlib.
Fasiləyə 0:0 hesablı bərabərliklə yollanan təmsilçimizin komandası təəssüf ki, ikinci yarının 51-ci dəqiqəsində qapısından top buraxıb. Sona qədər oyunda dönüş yarada bilməyən Məlikovun komandası, meydanı məğlub durumda tərk edib – 1:0.
Rail meydana yenə start heyətdə çıxıb və 90 dəqiqə əvəzlənmədən mübarizə aparıb. Oyunun 62-ci dəqiqəsində isə müdafiəçimiz sarı vərəqə ilə cəzalandırılıb.
Qeyd edək ki, “Dənizlispor” bu məğlubiyyətdən sonra 1 pillə aşağı yuvarlanıb. Aktivində 21 xal olan Məlikovun komandası 12-ci yerdə qərarlaşıb.
Türkiyə PTT Birinci Liqası
17-cı tur
22 dekabr
“Bucaspor” – “Dənizlispor” 1:0
Zafer Çevik, 51

0
0