Cavidin komandasının autsayder sınağı
22.12.2012 - 20:52
Cavidin komandasının autsayder sınağı
Azərbaycan milli komandasının yarımmüdafiəçisi Cavid Hüseyovun şərəfini qoruduğu “Adana Dəmirspor” sabah növbəti matçına çıxacaq. Apasport.az saytının məlumatına görə, həmyerlimizin komandası Türkiyə PTT Birinci Liqanın 17-ci turu çərçivəsində evində “Samsunspor”la qarşılaşacaq.

Ötən tur “Göztəpə” (0:2) ilə oyunda ilk “18-lik”də yer alan təmsilçimizin bu dəfə hansı aqibəti yaşayacağı maraqla gözlənilir.

Qeyd edək ki, “Adana Dəmirspor” 26 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.

Türkiyə PTT Birinci Liqası

17-ci tur

23 dekabr

16:00. “Adana Dəmirspor” - “Samsunspor”