“Volfsburq” yeni məşqçisinə qovuşdu
22.12.2012 - 21:47
“Volfsburq” yeni məşqçisinə qovuşdu
“Volfsburq”a yeni baş məşqçi təyin edilib. Apasport.az saytının məlumatına görə, komandanı bundan sonra Diter Xekkinq çalışdıracaq. 48 yaşlı mütəxəssisdən əvvəl isə Almaniya klubunun sükanı arxasına Bernd Şusterin gətiriləcəyi söylənilsə də, rəhbərlik son anda bu fikirdən vaz keçib.

Xekkinq 2016-ci ilə qədər “Volfsburq”la müqavilə bağlayıb.

Qeyd edək ki, Diter Xekkinqin sonuncu dəfə iş yeri “Nürnberq” (2009-2012) olub. O, bu komandadan öncə isə “Hannover”i (2006-2009) çalışdırıb.