“Qəbələ” turnirə 3 xalla start verdi
22.12.2012 - 22:45
“Qəbələ” turnirə 3 xalla start verdi
"Qəbələ"nin 13 yaşa qədər futbolçulardan ibarət komandası Bakıda təşkil olunan "Əlincə" turnirində çıxışına start verib. Apasport.az saytının məlumatına görə, qrup mərhələsinin ilk oyununda qəbələlilər turnir təşkilatçısı "Əlincə" ilə üz-üzə gəlib.

Görüş qonaqların 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, turnirdə 2 qrupa bölünməklə 6 komanda iştirak edir:

A qrupu

"Əlincə"
"Qəbələ"
ROİL

B qrupu

"Neftçi"
"İnter"
"Veqa"