“Beşiktaş”ın ilk yerli transferi
26.12.2012 - 02:59
“Beşiktaş”ın ilk yerli transferi
“Beşiktaş” yanvar ayının gəlməsini gözləməmiş ilk transferini rəsmiləşdirib. Apasport.az saytının Türkiyə mətbuatına istinad məlumatına görə, “qara-qartallar” “Ankargücü”də çıxış edən 18 yaşlı hücumçu Sinan Qurumuşla anlaşıb.

İstanbul klubu futbolçu ilə 5 illik müqavilə bağlayıb. Həmçinin “Beşiktaş” paytaxt təmsilçisinə Sinanın təzminatı üçün 360 min TL ödəyib.