Messini transfer etmək istəyən bir daha fikirləşməlidir
26.12.2012 - 03:47
Lionel Messinin transfer qiyməti açıqlanıb. Apasport.az saytının məlumatına görə, “Mançester Siti” və ya “Çelsi” əgər argentinalı futbolçunu heyətinə qatmaq istərsə, onda 312 milyon funt-sterlinqindən keçmək məcburiyyətində qalacaq.
Belə ki, dünyanın ən yaxşı oyunçularından olan Messi “Barselona” ilə 2018-ci ilə qədər müqavilə bağlayıb. Yeni müqaviləyə əsasən 25 yaşlı oyunçu komandasında ilinə 17 milyon funt-sterlinq qazanacaq. 6 il ərzində isə o, təxminən 102 milyon funt-sterlinq əldə edəcək.
Əgər bu illər ərzində “Mançester Siti” və ya “Çelsi” Messini transfer etmək istərsə, onda müqavilədə göstərilən şərtləri əməl etməlidir.Yəni Lionel üçün 312 milyon funt-sterlinq verməlidir.
Qeyd edək ki, Lionel Messinin alacağı maaşın 52 faiz vergisini Kataloniya klubunun özü ödəyəcək.

0
0