“Liverpul”un transfer büdcəsi müəyyənləşdi
26.12.2012 - 05:12
“Liverpul”un transfer büdcəsi müəyyənləşdi
“Liverpul”un sahibləri transfer dövrəsində baş məşqçi Brendan Rodqersin komandanın heyətinə qatmaq istədiyi futbolçular üçün büdcənin məbləğini açıqlayıb. Apasport.az saytının ingilis mətbuatına istinad məlumatına görə, amerikalı klub sahibləri komandaya yeni transfer üçün 40 milyon funt-sterliq ayırıb.

İrlandiyalı çalışdırıcı isə ilk olaraq, “Çelsi”nin hücumçusu Danyel Starridci transfer etməyi planlaşdırır. O, bu oyunçuya 12 milyon funt-sterliqə verməyə hazırdır.

Rodqersin siyahısında olan digər futbolçular isə “Blekpul”dan Tomas İnse və “Birminqem”dən gənc qolkiper Cek Butlandır.

Həmçinin “Liverpul”un Stivart Dauninq və Cordan Hendersonu satışa çıxardacağı da bildirilir.

Qeyd edək ki, “Liverpul” İngiltərə Premyer Liqasında 25 xalla 8-ci yerdə qərarlaşıb.