Vengerin istədiyi futbolçular
26.12.2012 - 05:53
Vengerin istədiyi futbolçular
İngiltərə Premyer Liqasında istədiyi oyunu göstərə bilməyən “Arsenal” transfer üçün hazırlıqlara başlayıb. Apasport.az saytının “The Sun” qəzetinə istinad məlumatına görə, London klubunun rəhbərliyi komandasının heyətini gücləndirmək üçün 30 milyon funt-sterliq ayırıb.

“Topçular”ın fransalı baş məşqçisi Arsen Venger isə öncə sərəncamında görmək istədiyi futbolçuları transfer etməyi planlaşdırır. Bunlar “Nyukasl”ın seneqalı hücumçusu Demba Ba, “Şalke” ilə yeni müqavilə imzalayan Klas Yan Huntelardır.

Bununla bağlı Venger açıqlama verib. O, komandasının gücünə-güc qatacaq futbolçu transfer etməyi düşünür:

“Hazırda transferə hazırlaşırıq. Lakin mən istəyirəm ki, bizim komandamıza köməyi çata biləcək futbolçunu heyətimizə qataq. “Viqan”la qarşılamada “Arsenal” hücumda zəif çıxış etdi. Ona görə də bizə qol vurmağı bacaran hücumçu lazımdır”.

Qeyd edək ki, “Arsenal” İngiltərə Premyer Liqasında keçirdiyi 18 oyundan sonra 30 xal toplayıb və turnir cədvəlinin 4-ci pilləsində qərarlaşıb.