Hiddinkə “Anji”dən yeni təklif
26.12.2012 - 06:50
Hiddinkə “Anji”dən yeni təklif
Rusiya Premyer Liqasında çıxış edən “Anji” baş məşqçisi Quus Hiddinklə müqaviləsinin müddətini artırmaq fikrindədir. Apasport.az saytının Rusiya mətbuatına istinad məlumatına görə, Mahaçqala klubu hollandiyalı mütəxəssislə yenidən anlaşmağa yaxındır.

Belə ki, 2013-cü ilin yayında müqaviləsi başa çatacaq Hiddinkə "Anji" rəhbərliyi komanda da yenidən işləməsini təklif edib. Hətta 66 yaşlı çalışdırıcının alacağı məvacibdə müəyyənləşib.

Əgər Quus yenidən Mahaçqala təmsilçisinin sükanı arxasında qalarsa o, ilinə 12 milyon avro qazanacaq. Lakin ayına 1 milyon maaş alacaq Hiddinkə əlavə mükafat verilməyəcək.

Qeyd edək ki, Avropa Liqasında da yoluna davam edən “Anji” 41 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.