Məsut Özil İstanbulda
26.12.2012 - 07:55
“Real”ın türk əsilli futbolçusu Məsut Özil yeni il tətili üçün Madriddən İstanbula gəlib. Apasport.az saytının məlumatına görə, Almaniya milli komandasının yarımmüdafiəçisi İspaniya La Liqasının 17-ci turunda “Malaqa”ya (3:2) məğlubiyyətdən sonra Topxanadaki Əli Baba restoranına gedib.
“Malaqa” ilə qarşılaşmadan sonra mətbuat tərəfindən tənqid atəşinə tutulan “Kral klubu”nun futbolçusunun İstanbulda dostları ilə əylənməsi diqqətdən yayınmayıb. Jurnalistlərə görünməmək üçün restoranın sonuncu stolunda əyləşən Məsut, buna baxmayaraq türk həmkarlarımızın gözündən qaçmayıb.

0
0