Penalti ilə qazananlar
26.12.2012 - 11:35
Penalti ilə qazananlar
Topaz Premyer Liqasının arxada qalan 18 turu ərzində 29 penalti qeydə alınıb. Apasport.az saytının məlumatına görə, hakimlərin təyin etdiyi penaltilərin 21-i, yəni 72 faizi qolla nəticələnib. 8 dəfə, yəni 28 faiz qapıçılar sevinib.

Düzdür, bəzi hallarda təkrar zərbə ilə qol vurulub. Hakimlər 12 komandadan 11-nə penalti vurmaq xoşbəxtliyi yaşadıb. Yalnız “Bakı” bu mənada istisna təşkil edir.

Son 2 ilin çempionu “Neftçi” və “Qəbələ” ən çox penalti vuran komandadır. Bu komandaların hərəsi 2 dəfə belə imkanı qaçırıb. Lakin bakılılar hər 2 halda təkrar zərbə ilə qola seviniblər. Bir sözlə, “Neftçi” 5 penalti ilə son nəticədə 5 qol vurub. Özü də bütün hallarda bu zərbələr çox dəyərli anlarda təyin olunub.

Təsəvvür edin ki, “Neftçi” 3 dəfə hesab açılmamış penalti şansı qazanıb, 2 dəfə isə 0:1 hesabı ilə uduzarkən. Həmin 5 qarşılaşma penaltiyə qədərki hesabla bitsəydi, “ağ-qaralar” 3 xal əldə edəcəkdi, amma indiki durumda həmin görüşlər komandaya 10 xal bəxş edib. Konkret olaraq, 7 xal penaltilər sayəsində qazanılıb.

“İnter”lə “Sumqayıt” cəmi 3 penalti vursa da, hər dəfə oyunda dönüş yaradıb. Hər 2 komanda heç-heçə olarkən penalti vurmaqla qələbə qazanıb. Daha çox penalti vuranlar da heç bu qədər yararlanmayıb. “Qəbələ” 5, “Qarabağ” 4 dəfə penalti vursa da, bundan “Neftçi” qədər qazanmayıb. Ağdamlılar 2, Qəbələ təmsilçisi isə ümumiyyətlə cəmi 1 dəfə 11 metrlik zərbə ilə matçın hesabını dəyişib.

Penalti sayəsində qazananlar

1-2.Neftçi – 5 penalti (3 qol/2 qeyri-dəqiq)

14
25.11.2012
Bakı - Neftçi
Elçin Məmmədov
Neftçi
1:0
QOL
1:2
17
14.12.2012
Xəzər Lənkəran - Neftçi
Fariz Yusifov
Neftçi
1:0
-
2:1
1.t
18.12.2012
Neftçi - Bakı
Rəhim Həsənov
Neftçi
0:0
-
1:1
8
08.10.2012
Neftçi - Turan
Anar Salmanov
Neftçi
0:0
QOL
2:1
11
31.10.2012
Neftçi - Simurq
Elçin Məmmədov
Neftçi
0:0
QOL
2:1


Qəbələ - 5 (3/2)
12
03.11.2012
Qəbələ  - Neftçi
Fariz Yusifov
Qəbələ
2:1
-
2:1
14
25.11.2012
Rəvan  - Qəbələ
Fariz Yusifov
Qəbələ
1:2
QOL
1:3
13
19.11.2012
Qəbələ  - Kəpəz
Rəhim Həsənov
Qəbələ
1:0
QOL
2:0
10
27.10.2012
Qəbələ  - Turan
Anar Salmanov
Qəbələ
0:0
-
0:1
18
20.12.2012
Turan – Qəbələ
Fariz Yusifov
Qəbələ
0:0
QOL
0:2


3. Qarabağ – 4 (3/1)
16
07.12.2012
Qarabağ - Kəpəz
Rauf Cabbarov
Qarabağ
3:1
-
3:1
3
19.08.2012
Sumqayıt - Qarabağ
Elçin Məmmədov
Qarabağ
0:1
QOL
1:6
9
20.10.2012
Qarabağ - Bakı
Əliyar Ağayev
Qarabağ
0:1
QOL
1:1
6
23.09.2012
Turan - Qarabağ
Elçin Məmmədov
Qarabağ
0:0
QOL
0:1


4. AZAL – 3 (3/0)
5
16.09.2012
AZAL - Qarabağ
Əliyar Ağayev
AZAL
2:0
QOL6:2
14
25.11.2012
AZAL  - Sumqayıt
Əliyar Ağayev
AZAL
0:1
QOL1:1
18
22.12.2012
Neftçi - AZAL
Elçin Məmmədov
AZAL
4:1
QOL4:2


5-6. İnter – 3 (2/1)
4
25.08.2012
Turan - İnter
Rəhim Həsənov
İnter
0:0
-
2:3
15
02.12.2012
İnter  - Rəvan
Əliyar Ağayev
İnter
0:0
QOL
2:0
18
22.12.2012
Inter - Bakı
Rəhim Həsənov
İnter
0:0
QOL
1:0


Sumqayıt – 3 (2/1)
2
11.08.2012
Turan – Sumqayıt
Elvin Əsgərov
Sumqayıt
0:0
QOL
0:1
17
16.12.2012
Rəvan - Sumqayıt
Rauf Cabbarov
Sumqayıt 
2:2
QOL
2:3
10
26.10.2012
Kəpəz  - Sumqayıt
Rəhim Həsənov
Sumqayıt
0:0
-
0:0


7. Xəzər Lənkəran – 2 (2/0)
9
21.10.2012
Xəzər Lənkəran - Qəbələ
Rauf Cabbarov
Xəzər Lənkəran
0:1
QOL
1:1
14
24.11.2012
Kəpəz  - Xəzər Lənkəran
Vüsal Əliyev
Xəzər Lənkəran
0:0
QOL
0:1


8-10. Kəpəz – 1 (1/0)
4
26.08.2012
Bakı - Kəpəz
Elvin Əsgərov
Kəpəz
3:0
QOL
3:1


Rəvan – 1 (1/0)
10
28.10.2012
Rəvan  - Neftçi
Əliyar Ağayev
Rəvan
1:0
QOL
2:0


Simurq – 1 (1/0)
7
18.11.2012
Qarabağ - Simurq
Vüsal Əliyev
Simurq
2:0
QOL
2:1


11. Turan – 1 (0/1)
10
27.10.2012
Qəbələ  - Turan
Anar Salmanov
Turan
0:0
-
0:1


12. Bakı – 0 (0/0)

2 paytaxt klubu – “İnter”lə AZAL penalti ilə cəzalanmayıb. Ən çox cəzalanan “Turan”dır. Özü də onların qapısına bütün penaltilər hesab 0:0 olarkən təyin olunub. Lakin bunlardan 2-si qolla nəticələnməyib.

Tovuzlular kimi, “Bakı” da ən çox itirənlərdən biridir. Bojidar Bandoviçin yetirmələri 5 dəfə cəzalanıb. Bunun da 3-də onlar 1:0 hesabı ilə öndə olarkən qələbədən məhrum ediliblər. 2 dəfə isə hesab açılmamış hakimlər “Bakı”nı cəzalandırıb.

Penalti sayəsində itirənlər
1. Turan – 6 (4/2)
2
11.08.2012
Turan – Sumqayıt
Elvin Əsgərov
Turan
0:0
QOL
0:1
4
25.08.2012
Turan - İnter
Rəhim Həsənov
Turan
0:0
-
2:3
6
23.09.2012
Turan - Qarabağ
Elçin Məmmədov
Turan
0:0
QOL
0:1
8
08.10.2012
Neftçi  - Turan
Anar Salmanov
Turan
0:0
QOL
2:1
10
27.10.2012
Qəbələ  - Turan
Anar Salmanov
Turan
0:0
-
0:1
18
20.12.2012
Turan – Qəbələ
Fariz Yusifov
Turan
0:0
QOL
0:2


2. Bakı – 5 (4/1)
4
26.08.2012
Bakı - Kəpəz
Elvin Əsgərov
Bakı
3:0
QOL
3:1
14
25.11.2012
Bakı - Neftçi
Elçin Məmmədov
Bakı
1:0
QOL
1:2
9
20.10.2012
Qarabağ - Bakı
Əliyar Ağayev
Bakı
0:1
QOL
1:1
1.t
18.12.2012
Neftçi - Bakı
Rəhim Həsənov 
Bakı 
0:0
1:1
18
22.12.2012
Inter - Bakı
Rəhim Həsənov
Bakı 
0:0
QOL
1:0


3. Kəpəz – 4 (3/1)
16
07.12.2012
Qarabağ - Kəpəz
Rauf Cabbarov
Kəpəz
3:1
-
3:1
13
19.11.2012
Qəbələ  - Kəpəz
Rəhim Həsənov
Kəpəz
1:0
QOL
2:0
10
26.10.2012
Kəpəz  - Sumqayıt
Rəhim Həsənov
Kəpəz
0:0
-
0:0
14
24.11.2012
Kəpəz  - Xəzər Lənkəran
Vüsal Əliyev
Kəpəz
0:0
QOL
0:1


4-5. Rəvan – 3 (3/0)
17
16.12.2012
Rəvan - Sumqayıt
Rauf Cabbarov
Rəvan
2:2
QOL
2:3
14
25.11.2012
Rəvan  - Qəbələ
Fariz Yusifov
Rəvan
1:2
QOL
1:2
15
02.12.2012
İnter  - Rəvan
Əliyar Ağayev
Rəvan
0:0
QOL
2:0


Neftçi – 3 (2/1)
12
03.11.2012
Qəbələ  - Neftçi
Fariz Yusifov
Neftçi
2:1
-
2:1
10
28.10.2012
Rəvan  - Neftçi
Əliyar Ağayev
Neftçi
1:0
QOL
2:0
18
22.12.2012
Neftçi - AZAL
Elçin Məmmədov
Neftçi
4:1
QOL
4:2


6-7. Qarabağ – 2 (2/0)
5
16.09.2012
AZAL - Qarabağ
Əliyar Ağayev
Qarabağ
2:0
QOL
6:2
7
18.11.2012
Qarabağ - Simurq
Vüsal Əliyev
Qarabağ
2:0
QOL
2:1


Sumqayıt – 2 (2/0)
14
25.11.2012
AZAL - Sumqayıt
Əliyar Ağayev
Sumqayıt
0:1
QOL
1:1
3
19.08.2012
Sumqayıt - Qarabağ
Elçin Məmmədov
Sumqayıt
0:1
QOL
1:6


8. Qəbələ - 2 (1/1)
9
21.10.2012
Xəzər Lənkəran - Qəbələ
Rauf Cabbarov
Qəbələ
0:1
QOL
1:1
10
27.10.2012
Qəbələ  - Turan
Anar Salmanov
Qəbələ
0:0
-
0:1


9. Simurq – 1 (1/0)
11
31.10.2012
Neftçi  - Simurq
Elçin Məmmədov
Simurq
0:0
QOL
2:1


10. Xəzər Lənkəran – 1 (0/1)
17
14.12.2012
Xəzər Lənkəran - Neftçi
Fariz Yusifov
Xəzər Lənkəran
1:0
-
2:1


11-12. İnter – 0 (0/0)
AZAL – 0 (0/0)


Cədvəllərdə 1-ci sütunda tur, 2-cidə tarix, 3-cüdə oyun, 4-cüdə hakim, 5-cidə penalti qazanan (yazının 2-ci hissəsində cəzalanan) komanda, 6-cıda penaltiyə qədər olan hesab, 7-cidə penaltinin, 8-cidə oyunun son nəticəsi əks olunub.

Hakimlərə gəlincə, Əliyar Ağayev, Elçin Məmmədov, Rəhim Həsənov hərəyə 5, Fariz Yusifov 4, Rauf Cabbarov, Anar Salmanov hərəyə 3, Elvin Əsgərov, Vüsal Əliyev hərəyə 2 penalti təyin edib.