Azərbaycan – Özbəkistan oyununun vaxtı açıqlandı
26.12.2012 - 12:21
Azərbaycan – Özbəkistan oyununun vaxtı açıqlandı
Azərbaycan milli komandasının 2013-cü ildə ilk oyunun vaxtı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, millimizin gələn ilin fevralın 1-də Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində Özbəkistan yığması ilə yoldaşlıq görüşü Bakı vaxtilə saat 18:00-da başlayacaq. Oyunun keçiriləcəyi stadion da artıq bəllidir. Millimiz də Dubayda yenə “The Sevens” stadionunda meydana çıxacaq.

Mənbə: affa.az