“İnter” türkmənlərə qarşı oynayanda belə, tribunalar dolurdu”
26.12.2012 - 13:21
“Məgər onlar mənə qulaq asır? Baxın, Rusiya Futbol İttifaqında işlədiyim vaxt 2005-ci ildən 2009-cu ilə kimi komandada yüksəliş vardı. Onun ən yaxşı göstəricisi Azərbaycan yığması ilə oyuna 40 min azarkeşin gəlməsi idi!” Apasport.az saytının məlumatına görə, bu sözləri Rusiyanın İdman naziri Vitali Mutko deyib.
MDB Superliqasının keçirilməsi ideyasını tənqid edən Mutko Rusiyada hokkey idman növünə nisbətən futbola marağın az olmasının səbəblərini klub prezidentlərində görüb. O hətta RFİ-də prezident olarkən təşkil olunan “Birlik Kubok”unun formatının dəyişdirilməsində də Rusiya və Ukrayna çempionlarını günahkar çıxarıb. Belə ki, 54 yaşlı nazir bu komandaların ikinci heyətlə gəlməsinin turnirə marağın azalmasına səbəb olduğunu göstərib.
Bununla belə, Mutko “Birlik Kuboku”nun maraqsız keçməsi fikri ilə və formatın dəyişdirilməsi ilə razılaşmır. O, “İnter”in ötən ilin yanvarında finaldakı qarşılaşmasını buna nümunə göstərib: “Siz səhv edirsiz! Peterburqdakı finalın necə olduğu yadınızdan çıxıb?! Azərbaycan klubu hətta türkmənlərə qarşı oynayanda bütün bazarlardan adamlar gəlirdi, diaspora da həmçinin. Əsl bayram ab-havası vardı. Tribunalar dolu idi. Deməli, maraq vardı!”.
Qeyd edək ki, Mutko 1997-2003-cü illərdə “Zenit”in, 2005-2009-cu illərdə RFİ-nin prezidenti olub. 2008-ci ilin mayından isə İdman naziri vəzifəsində çalışır.

0
0