Ən məhsuldar azərbaycanlı
26.12.2012 - 14:30
Topaz Premyer Liqasının 2012/13 mövsümün ən məhsuldar azərbaycanlı futbolçusu müəyyənləşib. Apasport.az saytının məlumatına görə, arxada qalan 18 turdan sonra bombardirlər siyahısına legionerlər başçılıq edir.
5-dən artıq qol vuran 7 oyunçudan hamısı əcnəbidir. Onlar arasında 4 cənubi amerikalı, 2 afrikalı və cəmi 1 avropalı yer alıb. Ən məhsuldar yerli futbolçu isə cəmi 5 qolla 8-12-ci yerləri bölür. Bu da hücumçu yox, yarımmüdafiəçidir. “Qəbələ”nin kapitanı Rəşad Abdullayev 2-si penaltidən olmaqla 5 dəfə fərqlənib. 4-dən artıq qol vuran 18 bombardir sırasında daha 1 yerli oyunçu da var. Bu, “Neftçi”nin yarımmüdafiəçisi Cavid İmamverdiyevdir.
Topaz Premyer Liqasının 2012/13 mövsümündə ən azı 4 qol vuranlar

1 | Nikolas Kanales | Neftçi | 15 qol (2-si penaltidən/3 penalti vurub) |
2 | Junior Nildo | AZAL | 9 (1/1) |
3 | Salif Ballo | Turan | 7 |
4 | Zohair Benouahi | AZAL | 7 (2/2) |
5-7 | Riçard Almeyda | Qarabağ | 6 (1/1) |
Juan Manuel Varela | Rəvan | 6 (1/1) | |
Baçana Sxadadze | İnter | 6 (2/2) | |
8-12 | Julius Vobay | Neftçi | 5 |
Dimitrios Sialmas | Xəzər Lənkəran | 5 | |
Pərdis Fərcad-Azad | Sumqayıt | 5 (0/1) | |
Mario Bojiç | Simurq | 5 (1/1) | |
Rəşad Abdullayev | Qəbələ | 5 (2/2) | |
13-18 | Cavid İmamverdiyev | Neftçi | 4 |
Muarem Muarem | Qarabağ | 4 | |
Viktor Mendi | Qəbələ | 4 | |
Marçin Burkhart | Simurq | 4 | |
Stepan Polyak | Simurq | 4 | |
Zdravko Popoviç | Simurq | 4 |
0
0