Mario Qotze ingilis klublarının hədəfində
26.12.2012 - 21:23
Almaniya milli komandasının və Dortmund "Borussiya"sının yarımmüdafiəçisi Mario Qotze yanvar ayında komandasını dəyişə bilər. Apasport.az saytının "Daily Mail"ə istinad məlumatına görə, 20 yaşlı futbolçu ilə ingilis klubları yaxından maraqlanır.
Qotzeni transfer etmək istəyən "Arsenal" və "Mançester Yunayted" 35 milyon funt-sterlinqindən keçməyə hazırdır. Lakin Dortmund "Borussiya"sı ilə 2016-cı ilə qədər müqaviləsi olan Marionun, bu klubların hansına keçəcəyi maraqla gözlənilir.
Qeyd edək ki, 1.76 sm boya malik olan Qotze 2009-cu ildən Dortmund təmsilçisində çıxış edir. 70 oyunda meydana çıxan futbolçu 18 qola imza atıb.

0
0