Vilanova gələn ay komandasının yanında olacaq
26.12.2012 - 22:25
Bir neçə gün bundan öncə xərçəng xəstəliyindən əməliyyat olunan "Barselona"nın baş məşqçisi Tito Vilanovanın komandanın başına yenidən keçəcəyi vaxt müəyyənləşib. Apasport.az saytının məlumatına görə, əməliyyatı uğurla başa çatıb, daha sonra xəstəxanadan evə buraxılan 44 yaşlı çalışdırıcı artıq özünü yaxşı hiss edir.
Mütəmadi olaraq həkim nəzarətində olan Vilanovanın səhhətində yenidən problemlər yaranmasa Tito yanvar ayının ortalarından Kataloniya klubunu çalışdırmağa başlayacaq.
Qeyd edək ki, hazırda "Barselona"nı Tito Vilanovanın köməkçisi Jordi Roura çalışdırır.

0
0