“Ya mən, ya da Mourinyo”
27.12.2012 - 00:25
Bildiyiniz kimi İspaniya La Liqasının 17-cı turunda “Malaqa” (3:2) ilə qarşılaşmada “Real”ın baş məşqçisi Joze Mourinyo komandanın qapıçısı İker Kasiliyası ehtiyatda saxlamışdır. Apasport.az saytının məlumatına görə, uzun illərdir İspaniya milli komandasının da kapitanı olan Kasiliyasın portuqaliyalı çalışdırıcı ilə aralarında problemlərin olduğu iddia edilir.
İspan mətbuatının xəbərinə görə, təcrübəli qolkiperin Mourinyonun işinə son qoyulmasını tələb etdiyi bildirilir. Həmçinin 31 yaşlı qapıçı “Kral klubu”nun prezidenti Florentino Pereslə də görüşüb və bu məsələ ilə bağlı müzakirələr aparıldığı iddia edilir.
Belə ki, Kasiliyas Madrid təmsilçisində “ya mən ya da ki, Mourinyo” ifadəsinin işlətdiyi bildirilir.
Qeyd edək ki, İker Kasiliyas “Malaqa” - “Real” qarşılaşmada 10 ildən sonra ilk dəfə ehtiyatda saxlanılmışdır.

0
0