Fiqudan Ronaldoya dəstək
27.12.2012 - 01:58
Portuqaliyanın əfsanəvi futbolçularından olan Luiş Fiqu “Qızıl top” mükafatının kimin qazanacağı haqda açıqlama verib. Apasport.az saytının məlumatına görə, həm “Barselona”nın həm də “Real”ın formasını geyinən futbolçu bu mükafata həmvətəni Kriştiano Ronaldonun layiq görülməsini istəyir.
Həmçinin Fiqu çıxış etdiyi dövrlərdə “Qızıl top”u qazanmaq daha çətin olduğunu vurğulayıb:
“Mənə elə gəlir ki, bu mükafata Ronaldo layiq görülməlidir. Çünki ötən mövsüm Kriştiano İspaniya La Liqasında çox yaxşı oynadı və Avropa çempionatında da milli komandamızın heyətində yaxşı performans görsətdi. Bizim dövrümüzdə isə “Qızıl top”u əldə etmək daha çətin idi. Çünki namizədlər buna baxanda daha çox olurdu”
Qeyd edək ki, 2000-ci ildə Luiş Fiqu “Qızıl top” mükafatına layiq görülüb.

0
0