Kavani üçün 55 milyon avroluq təklif
27.12.2012 - 03:55
Kavani üçün 55 milyon avroluq təklif
“Kavani “Napoli” azarkeşlərinin ən sevimli futbolçusudur. O, bizim komandamızın döyüşçüsüdür. Edinson həqiqətən meydanda döyüşən bir oyunçudur. Uruqvaylı hücumçu belə güclü olduğu üçün ona göndərilən 55 milyon avroluq təklifi rədd etdim”. Apasport.az saytının İtaliya mətbuatına istinad məlumatına görə, bu sözləri “Napoli”nin sahibi Aurelyo De Laurentiis deyib.

O, komandasının aparıcı futbolçusuna yüksək məbləğdə gələn transfer təklifini dəyərləndirməyib. Lakin bunu hansı klubun rəhbərliyinin göndərdiyini isə açıqlamayıb.

Qeyd edək ki, Edinson Kavani bu mövsüm “Napoli”nin heyətində 13 qol vurub.