Şevçenkonun yeni iş yeri
27.12.2012 - 07:38
Şevçenkonun yeni iş yeri
Ukrayna milli komandasının sabiq hücumçusu ölkəsində yeni vəzifəyə təyin edilib. Apasport.az saytının “Uareview”a istinad məlumatına görə, Andrey Şevçenko Ukraynanın Pensiya fondunun sədri seçilib. Bu təyinatı ona Sosial siyasət naziri Natalya Korolevskaya elan edib

Qeyd edək ki, “Milan” və “Çelsi” kimi məşhur klubların şərəfini qoruyan Andrey Şevçenko karyerasını başa vurduqdan sonra siyasətə giriş. Sabiq forvarda daha öncə Ukrayna yığmasının baş məşqçilik vəzifəsi təklif edilmişdi. Lakin Şevçenko bu təklifi rədd etmişdir.