Azərbaycan Valeri Qazzayevin yadına düşmədi
27.12.2012 - 09:25
Azərbaycan Valeri Qazzayevin yadına düşmədi
Artıq xeyli müddətdir müzakirə obyektinə çevrilən MDB çempionatının yaradılması ilə bağlı mühüm addım atılıb. Apasport.az saytının məlumatına görə, belə turnirin keçirilməyi ilə bağlı Təşkilat Komitəsinin yaradılmağı Moskvada rəsmən açıqlanıb. Ona məşhur mütəxəssis, vaxtilə Rusiya yığmasını çalışdırmış Valeri Qazzayev rəhbərlik edib.

Hazırda “Alaniya”nın həm prezidenti, həm də baş məşqçisi olan Qazzayev çempionatda Rusiya və MDB-nin bir sıra aparıcı ölkələrinin maraqlı olduğunu bildirib: “Mənə birgə çempionatın Təşkilat Komitəsinə rəhbərlik etməyi xahiş etməklə bağlı müraciət edənlər ölkəmizin aparıcı klublarının rəhbərləridir. Üstəlik, bilirəm ki, Ukraynanın ən yaxşı klublarından böyük maraq var. Həmçinin çempionatın keçirilməyində Belarus, Ermənistan, Qazaxıstan maraqlıdır”.

Qeyd edək ki, AFFA bununla bağlı rəsmi müraciət almadıqlarını, belədirsə, nəyisə müzakirə etməyə ehtiyac duymadığını açıqlayıb.