Premyer Liqada ən nümunəvi futbolçu
27.12.2012 - 11:16
Topaz Premyer Liqasının 2012/13 mövsümünün ən nümunəvi futbolçuları müəyyənləşib. Apasport.az saytı meydana 1000 və daha çox dəqiqə keçirib, vərəqə almayan oyunçuların siyahısını hazırlayıb.
İlk pilləyə “Qəbələ”nin sloveniyalı müdafiəçisi Deyan Kelhar başçılıq edir. O, 1530 dəqiqə ərzində nümunəvi futbolçu təsiri bağışlayıb. Ümumilikdə, 8 futbolçu 1000 dəqiqədən artıq oynasa da, cəzalanmayıb.
Cəzasız keçirilən oyunların sayına görə isə Kelharın komanda yoldaşı Viktor Mendi öndədir. O, bütün turlarda meydana çıxsa da, dəqiqə sayında ilk “8-lik”də sonuncudur.
1000 dəqiqədən artıq vərəqəsiz oynayanlar

| Dejan Kelhar (Qəbələ) | 17 oyun | 1530 dəqiqə |
| Ailton Jose Junior (AZAL) | 16 | 1440 |
| Georgi Lomaya (İnter) | 15 | 1350 |
| Bruno da Silva (Qəbələ) | 17 | 1168 |
| Hafiz Əliyev (Turan) | 15 | 1148 |
| İlia Kandelaki (İnter) | 12 | 1080 |
| Marçin Burkhart (Simurq) | 14 | 1075 |
| Viktor Mendi (Qəbələ) | 18 | 1048 |
0
0