Səbuhi Səfiyarlı: Gedən yox, gələn olacaq
27.12.2012 - 12:11
“Qış fasiləsində komandadan gedən olmayacaq. Əksinə, 1-2 futbolçu alacağıq”. Bu fikirləri apasport.az saytına açıqlamasında “İnter”in bas meneceri Səbuhi Səfiyarlı deyib.
Topaz Premyer Liqasında qış çempionu olan “bankirlər” fasilədə heyətini qoruyacaq.
Səfiyarlının sözlərinə görə, hücum xəttini gücləndirmək fikrindədirlər: “Bizə hücumçu, hücumameylli futbolçu lazımdır. Artıq bu mövqelərə təkliflər almışıq. Belə ki, menecerlər əsasən Cənubi Amerikadan futbolçular təklif edirlər. Biz də həmin futbolçuları sınamaqda maraqlıyıq. Çünki texnikalı oyunu ilə seçilirlər. Siyahda Braziliya, Argentina, Kolumbiyadan futbolçular var. Onlar Antalyaya baxışa gələcəklər”.
Legionerlərdə Haynts Barmettler və Cako Arafatla müqaviləni hələ bir müddət öncə qarşılıqlı razılıqla pozan “İnter”də bir sıra futbolçular heyətdən kənarda qalıb. Ancaq baş menecer onların xidmətindən imtina etmədiklərini, sadəcə, zədə ilə bağlı problemlərinin olduğunu bildirib: “Bildiyiniz kimi, Georgi Adamiya mövsümün əvvəlində uzun müddətə sıradan çıxaraq, cərrahiyyə əməliyyatı olundu. Hazırda vəziyyəti yaxşı olan gürcü futbolçu bərpa prosesi keçir və Antalyada sıralarımıza qoşulacaq. Bolqar yarımmüdafiəçi Petar Zlatinovun da yoxluğu zədə ilə bağlıdır. O, hələ yayda Avroliqada Yunanıstanın “Asteras” klubu ilə səfər matçında aldığı zədəyə görə cərrahiyyə əməliyyatı olundu. Bundan sonra Bakıya gələn Petarın da vəziyyətinə Antalyadakı toplanışda baxacağıq. Məşqdə Brüs Abdulaye ilə toqquşan hücumçumuz Tales Şützün də əməliyyata ehtiyacı oldu. Onunda da qışda bizimlə hazırlıq keçməyi nəzərdə tutulub. Gürcü müdafiəçi Valeri Abramidzedə isə zədə yüngüldür. Onun adı bu üzdən “Neftçi” ilə matçda iştirak ərizəsində yox idi”.
Mehman SÜLEYMANOV

0
0