Premyer Liqada “19 ilan” tapıldı
27.12.2012 - 12:43
Cəmi 5 gündən sonra 2012-ci il başa çatıb, öz yerini “İlan”a verir. Məhz bu heyvan “Əjdaha”dan yeni ili təhvil alacaq.
Apasport.az saytının araşdırmalarına əsasən, Topaz Premyer Liqasının cari mövsümünün arxada qalan hissəsində ilan ilində anadan olan 19 futbolçu iştirak edib. Azərbaycan stadionlarında aşkarlanan (yəni ən azı 1 dəqiqə meydanda olan) bu 19 “ilan”dan 2-si 1977, 17-si 1989-cu il təvəllüdlüdür.
Yaşar Abuzərovla Aleksandr Qoqoberişvili qarşıdakı ildə 36, digərləri 24 yaşını qeyd edəcək. Ölkəmizin ən məşhur 3 “ilan”ı isə Vaqif Cavadov, Rauf Əliyev və Rahid Əmirquliyevdir.
Qarşıdan gələn “Qara ilan”ın başqa rəngli “ilanlar”a nə bəxş edəcəyini isə 2013-ün özü göstərəcək.

Qəbələ | Yaşar Abuzərov |
Turan | Aleksandr Qoqoberişvili |
Sumqayıt | Murad Hüseynov |
Qarabağ | Rauf Əliyev |
Qarabağ | Mostafa Mohamed |
Qarabağ | Riçard Almeyda |
Turan | Bayram Kərimov |
Bakı | Aqil Məmmədov |
Qarabağ | Miro Varvodiç |
İnter | Daniel Genov |
Qarabağ | Vaqif Cavadov |
Kəpəz | Atin Abdullayev |
AZAL | Elman Taqayev |
Sumqayıt | Elçin Sadıqov |
Kəpəz | Bəxtiyar Soltanov |
Xəzər Lənkəran | Rahid Əmirquliyev |
Qarabağ | Maksim Medvedev |
Kəpəz | Elxan Əzizov |
Rəvan | Elvin Musazadə |
0
0