Nikolas Kanales: Enerji yığmalıyam
27.12.2012 - 15:26
Nikolas Kanales: Enerji yığmalıyam
Topaz Premyer Liqasının bombardiri Nikolas Kanales dövrələrarası fasilədən maksimum yararlanmaq fikrindədir. Apasport.az saytının məlumatına görə, bakının “Neftçi” klubunun çilili legioneri istirahət dövründə çatışmamazlığını aradan qaldırmaq niyyətindədir.

Çempionatın 17 oyununda 15 qol vuran hücumçuda nəyin çatışmadığını, nəyin tükəndiyini isə Kanalesin özü açıqlayıb: “Vətəndə olacağım müddətdə yaxınlarımın yanında olacağam. İstirahət zamanı bayramı qeyd etməklə yanaşı, enerji də yığmalıyam”.

Tükənməkdə olan enerjisini yığmağa çalışan hücumçu Azərbaycan karyerasını da dəyərləndirib: “Azərbaycanda keçirdiyim 6 ay son dərəcə gözəl idi. İndi isə qüvvəmi bərpa edirəm. Çiliyə qayıdarkən yolüstü Argentinada da oldum. Buenos-Ayresi də gəzib orda da istirahət etdim”.