“Neftçi”nin sabiq yarımmüdafiəçisi dünyasını dəyişdi
27.12.2012 - 17:18
“Neftçi”nin sabiq futbolçusu Qriqori Sapojnikov bu gün vəfat edib. Apasport.az saytının məlumatına görə, Odessa futbolunun yetirməsi olan ukraynalı dünyasını 62 yaşında dəyişib.
Futbolçu karyerasının böyük hissəsi Ukrayna klubları ilə bağlı olan Sapojnikov 1979-80-cı illəri Azərbaycanda keçirib. Əvvəl Naxçıvanın “Araz” klubuna gələn yarımmüdafiəçi burada 5 qol vurduqdan sonra “Neftçi”nin diqqətini cəlb edib. Ardınca “ağ-qara” komandaya keçən ukraynalı 1979/1980 mövsümdə Bakı təmsilçisinin heyətində 25 oyuna çıxıb və 1 qol vurub.

0
0