“Xəzər Lənkəran” və “Turan” əks qütblərdə
27.12.2012 - 17:22
“Xəzər Lənkəran” və “Turan” əks qütblərdə
Topaz Premyer Liqasının ilk 18 turunda 294 futbolçu meydana çıxıb. Apasport.az saytının məlumatına görə, 12 klubun heyətində forma geyən bu sayda oyunçudan biri – İrakli Beraya 2 komandada forma geyib. Gürcü legioner “Kəpəz” və “Turan”ın uğuru üçün çalışıb.

Marafonun 18 turluq hissəsini ən az oyunçu ilə “Xəzər Lənkəran” keçib. Bu müddətdə cəmi 20 futbolçuya güvənən cənublular kimi onların prinsipial rəqibi “Neftçi”də də futbolçu çatışmazlığı olub. Bakılılar cəmi 21 futbolçuya güvənib.

Qərb təmsilçiləri – “Turan”la “Kəpəz” isə əks mənada fərqləniblər. Onlar müvafiq olaarq 30 və 29 oyunçuya bel bağlayıb. Çempionatın lideri “İnter” isə 25 oyunçu ilə zirvəni ələ keçirib.

Xəzər Lənkəran
20
Neftçi
21
Simurq
22
Qarabağ
23
AZAL
24
Qəbələ
24
Rəvan
24
İnter
25
Bakı
26
Sumqayıt
27
Kəpəz
29
Turan
30