“Krivbass” Paşayevi transfer etdi
27.12.2012 - 18:50
“Krivbass” Paşayevi transfer etdi
Ukraynanın “Krivbass” klubu əslən Azərbaycandan olan futbolçu Pavel Paşayevlə müqavilə imzalayıb. Apasport.az saytının məlumatına görə, komanda bununla bağlı “Dnepr”lə məsələni razılaşdırıb.

23 yaşlı soydaşımız müqavilə ilə “Dnepr”ə məxsus olaraq bu il “Krivbass”da icarə əsasında oynayırdı. Krivoy-Roq təmsilçisi Paveli birdəfəlik transfer edərək, onunla 2014-cü ilin sonuna kimi anlaşıb.

Qeyd edək ki, Pavel Ukraynanın gənclər yığmasının sabiq kapitanı, avtomobil qəzasında həlak olan Maksim Paşayevin əkiz qardaşıdır. Onlar yetirməsi olduqları “Dnepr”də birgə oynayıblar.