Nani digər Premyer Liqa klubuna keçə bilər
27.12.2012 - 21:46
Nani digər Premyer Liqa klubuna keçə bilər
“Mançester Yunayted"ın portuqaliyalı futbolçusu Luiş Nani komandasını tərk edə bilər. Apasport.az saytının məlumatına görə, “qırmızı şeytanlar”da işləri yaxşı getməyən yarımmüdafiəçi ilə “Arsenal” yaxından maraqlanır.

Artıq hər iki tərəflər arasında danışıqlar gedir. Tərəflər razılığa gələrsə, onda Nani yanvar ayından etibarən London klubunun şərəfini qoruyacaq.

Qeyd edək ki, Luiş Naninin hələ "Mançester Yunayted"lə müqaviləsi 2014-cü ildə başa çatacaq. Portuqaliyalı futbolçunun təzminat qiyməti isə 27 milyon avrodur.