Levandovski “Mançester Yunayted"in hədəfində
27.12.2012 - 22:10
Levandovski “Mançester Yunayted"in hədəfində
“Mançester Yunayted" Dortmund “Borusiya”sının polşalı hücumçusunu ilə yaxından maraqlanır. Apasport.az saytının məlumatına görə, “qırmızı şeytanlar” növbəti mövsümdə Robert Levandovskini heyətinə qatmağı planlaşdırır. Mançester təmsilçisi baş məşqçi Aleks Ferqyusonun tezliklə sərəncamında görmək istədiyi futbolçu üçün 25 milyon avrosundan keçməyə hazırdır.

İngilis klubu artıq futbolçunun alacaq məvacibi də açıqlayıb. Əgər Levandovski növbəti mövsümdən etibarən “Mançester Yunayted"in formasını geyinərsə, onda onun 5 ilinə 25 milyon avro veriləcək.

Qeyd edək ki, 24 yaşlı forvard 2010-cu ildə “Lex”dən Dortmund “Borusiya”sına 4,5 milyon avroya transfer olunub. Levandovski burada ilinə 2,5 milyon avro qazanır.