Krasiçin yerinə Valbuena
27.12.2012 - 22:42
Krasiçin yerinə Valbuena
“Fənərbaxça” rəhbərliyi baş məşqçisi Aykut Kocamanla yollarına davam etmək qərarını aldıqdan sonra diqqətini transferlərə yönəldib. Apasport.az saytının Türkiyə mətbuatına istinad məlumatına görə, 3 “cəbhə”də mübarizə aparan “sarı-bülbüllər” ən azı 3 futbolçunu heyətinə qatmağı planlaşdırır.

Böyük ümidlərlə komandaya gətirilən Miloş Krasiçdən istədiyini ala bilməyən təcrübəli çalışdırıcı, öncə yarımmüdafiənin sağ cinahına futbolçu tələb etdiyi bildirilir. Artıq bu futbolçunun adına da aydınlıq gəlib. Bu “Marsel”də forma geyinən Matye Valbuenadır. Lakin bu oyunçunun transfer edilməsi sabah dəqiqləşəcək.

İstanbul klubu isə Valbuena üçün “Marsel”ə 10 milyon avro verməyə hazırlaşır. Əgər bu transfer baş tutarsa, Miloş Krasiçin komandadan göndərilməsi ehtimal edilir.

Qeyd edək ki, Krasiç Türkiyə Superliqasında 9 oyunda meydana çıxıb və hələ qol vurmağa müvəffəq olmayıb.