Caqoyev İtaliya A seriyası yolunda
27.12.2012 - 23:32
Caqoyev İtaliya A seriyası yolunda
İtaliya A seriyasının 6-cı pilləsində qərarlaşan “Roma” Rusiya milli komandasının yarımmüdafiəçisi ilə yaxından maraqlanır. Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisi Moskva CSKA-sında çıxış edən Alan Caqoyevi yanvar ayında heyətinə qatmağı planlaşdırır.

Baş məşqçisi Zdenek Zemanın sərəncamında görmək istədiyi 22 yaşlı futbolçu "Roma”nın təklifini rədd etməyib. Tərəflər arasında razılıq əldə olunarsa, Caqoyev 2013-cü ilin yanvar ayından etibarən "Roma”nın şərəfini qoruyacaq.

Qeyd edək ki, 2008-ci ildən Moskva təmsilçisində çıxış edən Caqoyev 115 oyunda meydana çıxıb və 29 qola imza atıb.