“Bakı” yeni il şənliyi keçirdi
28.12.2012 - 00:32
“Bakı” komandanın bazasında qarşıdan gələn yeni il və dünya Azərbaycanlılarının həmrəylik gününə həsr olunmuş təntənəli şənlik keçirib. Apasport.az-ın klubun saytına istinad məlumatına görə, tədbirə paytaxt təmsilçisinin gənc və yeniyetmə futbolçuları, məşqçilər, klub rəhbərliyinin nümayəndələri qatılıblar.
“Bakı” futbol klubu təlim-məşq bazasının qapalı meydanında təşkil olunan rəngarəng şənliyə fəxri qonaqlar qismində Milli Olimpiya Komitəsinin vitse-prezidenti, dünya çempionu güləşçimiz Xəzər İsayev, Azərbaycan Gənclər idman nazirinin müavini İsmayıl İsmayılov, AFFA-nın vitse-prezidenti, millət vəkili Rauf Əliyev də qatılıb.
Rəsmi çıxışlarda 2012-ci ilin Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin sərəncamı ilə idman ili elan olunduğunu, ölkəmizin London yay olimpiya oyunlarında qazandığı yüksək tarixi nailiyyətlər, 2015-ci ildə Azərbaycanda təşkil olunacaq Avropa olimpiya oyunlarına ev sahibliyi hüququ qazanmasını, FİFA U-17 qadınlararası dünya çempionatının Odlar Yurdunda müvəffəqiyyətli təşkilini ilin əhəmiyyətli hadisələri kimi dəyərləndirərək, bunu ölkəmizin günü-gündən artan qüdrəti ilə əlaqələndirdilər və gənc futbolçulara gələcəkdə uğurlar arzuladılar.
İlin hesabatı yekununda “Bakı” futbol klubunun təlim-məşq bazasının inşasının ikinci mərhələsinin başa çatması, FİFA U-17 qadınlararası dünya çempionatının təşkilində özünəməxsus rolu, əsas məşq bazası kimi istifadə olunmasını, klubun “Atletiko” və “Lans”la əməkdaşlığa başlamasını ilin əlamətdar hadisələri sırasına əlavə olunub.
Tədbirə video-konfrans vasitəsi ilə qoşulan Madrid təmsilçisinin idarə heyətinin sədri Migel Angel Hil Marin sürətlə inkişaf edən klubumuza ən xoş sözləri və arzularını çatdırmaqla bərabər, yeni il təbrikini azərbaycanca səsləndirib:
"Salam Bakı, Yeni İliniz mübarək" - deyən cənab Marin qarşılıqlı əməkdaşlığın Azərbaycan futbolunun inkişafında xüsusi rol oynayacağına əmin olduğunu bildirib.
Yeni il və həmrəylik bayramı ilə yanaşı 2012-ci il ərzində görülən işlər və yadda qalan hadisələrə də nəzər yetirilib. Yarışlarda fərqlənən gənc və yeniyetmə futbolçulara hədiyyələrə təqdim olunub. Gənc futbolçular komandada yaradılan ali şərait üçün klub prezidenti cənab Hafiz Məmmədova təşəkkür edərək, bundan sonra da daha əzmkarlıqla çalışaraq, klubu milli komandalarımızda ləyaqətlə təmsil edəcəkləri sözünü verdilər.
Təxminən, 3 saat davam edən əyləncəli proqramın sonunda yeni il tortu kəsilib. Klubun baş meneceri Zeynal Məmmədov üzərində Bakının rəmzləri olan tortu kəsərək, uşaqların ixtiyarına verib.

0
0