“Qalatasaray” üçün PSJ-yə yox dedim”
28.12.2012 - 01:14
“Qalatasaray”ın müdafiəçisi Emanuel Ebuenin komandadan ayrılması iddialarının yalan olduğu məlum olub. Apasport.az saytının “Hürriyət”ə istinad məlumatına görə, Türkiyə Superliqasının 17-ci turunda “Trabzonspor”la (0:0) qarşılaşmada Melo ilə problemləri yaranan Kot d’İvuar yığmasının üzvü, bu xəbərləri təkzib edib.
“Qalatasaray”da işləri yolunda gedən Ebue Paris təmsilçisindən gələn transfer təklifini “Cim-Bom” üçün dəyərləndirmədiyini bildirib:
“Mən və ailəm İstanbulda xoşbəxtik. Hazırda onlarla birgə Belçikada tətildəyik. Mənə sentyabrda PSJ-dən qış transfer dövrəsi üçün təklif gəlmişdir. Lakin mən “Cim-Bom”da çıxış etmək üçün Paris klubuna rədd cavabı verdim. Bundan sonra da “sarı-qırmızılılar”ın heyətində Çempionlar Liqasında mübarizə aparacağam və komandama əlimdən gələni əsirgəməyəcəyəm”.
“Trabzonspor”la qarşılaşmada “sanbaçı” ilə aralarında yaşanan insidentə də toxunan 29 yaşlı futbolçu, heç kəslə problemlərinin olmadığını vurğulayıb:
“Melo ilə aramızda olan problem tamam başqadır. Belə ki, meydanda yalnız qələbə qazanmağı düşünürsən və həmin zaman hər kəsə əsəbləşirsən. Ümumiyyətlə, komandada braziliyalı futbolçu və digər oyunçularla heç bir problemim yoxdur”.

0
0