Dünyanın rəmzi yığması
28.12.2012 - 01:46
Dünyanın rəmzi yığması
Fransanın məşhur “Ekip” nəşri ilin rəmzi futbol yığmasını müəyyənləşdirib. Apasport.az saytının məlumatına görə, 11 futbolçunun yer aldığı siyahıda ən çox ispan klubunun üzvləridir.

Belə ki, “Barselona” ilə “Real”dan hərəyə 4, digər 3 futbolçu isə “Bavariya” “Çelsi” və “Mançester Siti” klublarının şərəfini qoruyur. Onlar isə bunlardır:

Qapıçı: İker Kasilyas (“Real”, İspaniya)

Müdafiəçilər: Filipp Lam (“Bavariya”, Almaniya), Vensan Kompani (“Mançester Siti”, İngiltərə), Serxio Ramos (“Real Madrid”, İspaniya), Xordi Alba (“Barselona”, İspaniya)

Yarımmüdafiəçilər: Xabi Alonso (“Real”, İspaniya), Ramires (“Çelsi”, İngiltərə), Xavi (“Barselona”, İspaniya)

Hücumçular: Andres İnyesta (“Barselona”, İspaniya), Lionel Messi (“Barselona”, İspaniya), Kriştiano Ronaldo (“Real”, İspaniya).