Emenike sabiq komandasına qayıdır
28.12.2012 - 04:56
Emenike sabiq komandasına qayıdır
Ötən il Moskav “Spartak”ına 10 milyon avroya transfer edilən Emmanuel Emenike yenidən “Fənərbaxça”da çıxış etməyə yaxındır. Apasport.az saytının “Radyospor”a istinad məlumatına görə, nigeriyalı futbolçu Miroslav Stokla dəyişdirilə bilər.

Belə ki, İstanbul klubunun sabiq idarə heyətinin üzvü Hulusi Belgü bununla bağlı açıqlama verib. O, bu məsələnin yaxın günlərdə həll olunacağını vurğulayıb:

“Təxmin edirəm ki, Emenike “Fənərbaxça”ya gələcək. Çünki hazırda rəhbərlik nigeriyalı hücumçunun transferinin həll etməsinə çox yaxındır. Onlar bununla bağlı moskvalılarla danışıqlarını davam etdirirlər. Qısa zamanda bu xəbərə aydınlıq gələcək. Hətta ola bilsin ki, Stokla Emenike dəyişdirsin də” – deyə, Belgü, bildirib.

Qeyd edək ki, Emmanuel Emenike 2011-ci ildə “Fənərbaxça”ya “Karabükspor”dan 9 milyon avroya transfer olunmuşdur.