Dünyanın ən yaxşı klub məşqçisi müəyyənləşdi
09.01.2013 - 12:25
Dünyanın ən yaxşı klub məşqçisi müəyyənləşdi
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2012-ci ilin ən yaxşı klub məşqçilərinin siyahısını açıqlayıb. Apasport.az saytının məlumatına görə, qurumun ölkələrdə olan nümayəndələri arasında keçirdiyi səsvermənin nəticələrinə əsasən Joze Mourinyo planetin ən yaxşısı olub. İspaniya “Real”ının portuqaliyalı çalışdırıcısı 101 xal toplayıb.

Cüzi fərqlə geridə qalan Roberto di Matteo 99 xal yığıb. İngiltərə “Çelsi”sinə Çempionlar Liqasını qazandıran, lakin sonradan istefa verən italiyalı da izləyicisini 2 xal qabaqlayıb. İspaniya “Atletiko”su ilə Avropa Liqası və Superkubokunu əldə edən argentinalı Dieqo Simeone 15 mütəxəssisin yer aldığı siyahıda 3-cüdür.