Zlatinov qardaşını “İnter”ə gətirir
09.01.2013 - 12:30
Bakı “İnter”i heyətinə daha bir bolqarıstanlı futbolçu qata bilər. Apasport.az saytının məlumatına görə, artıq neçə ildir “bankirlər”in şərəfini qoruyan Petar Zlatinovun qardaşı Vladislav da paytaxt təmsilçisinin maraq dairəsinə düşüb.
Belə ki, Bolqarıstan mətbuatı Sofiya “Slaviya”sından ayrılan 30 yaşlı hücumçunun qardaşının yanına gedəcəyini iddia edir. Digər Sofiya təmsilçisi “Lokomotiv”in də heyətinə qatmaq istədiyi Zlatinov “dəmiryolçular”ın təklifinə cavab verməyə tələsməyib, ilk növbədə ölkə xaricindən olan variantı dəyərləndirmək istəyir. Buna isə yaxın müddətdə aydınlıq gəlməlidir.
Qeyd edək ki, Petar 2008-ci ilin yanvarından çıxış etdiyi “İnter”də 2 dəfə Azərbaycan çempionluğunu, həmçinin gümüş və bürünc medal qazanıb.

0
0