“Sumqayıt”ın futbolçusunu Rusiyada bəyəndilər
09.01.2013 - 17:56
“Sumqayıt”ın futbolçusunu Rusiyada bəyəndilər
Valentin Qranatkinin xatirə turnirinin qrup mərhələsinin III turu çərçivəsində keçirilən Ukrayna – Azərbaycan matçının ən yaxşıları məlum olub. Apasport.az saytının məlumatına görə, Rusiyanın Sankt-Peterburq şəhərində təşkil olunan ənənəvi beynəlxalq turnirin təşkilatçıları hər komandadan 1 futbolçunu fərqləndirib.

19 yaşadək futbolçulardan ibarət millimizin tərkibində ən yaxşı Şamil Camaləddinov olub. “Sumqayıt”ın 18 yaşlı müdafiəçisi 0:2 hesabı ilə uduzduğumuz qarşılaşmada özünü yaxşı tərəfdən göstərərək rusiyalılar tərəfindən bəyənilib. Ukraynalıların heyətində isə ilk qolun müəllifi olan Artur Miranyan ən yaxşı seçilib.

Qeyd edək ki, millimizin ilk oyununda ən yaxşı adına Namiq Ələsgərov və Sadiq Quliyev layiq görülmüşdü.