“Azərbaycan yığmasını heç vaxt belə görməmişdim”
09.01.2013 - 18:03
“Azərbaycan yığmasını heç vaxt belə güclü görməmişdim. İndiyədək bir neçə dəfə qarşılaşmışıq. Astanada eyni turnirdə oynamışdıq”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Ukraynanın 19 yaşlılardan ibarət yığma komandasının baş məşqçisi Aleksandr Petrakov deyib.
Ukraynalılar Valentin Qranatkinin xatirəsinə həsr olunan beynəlxalq turnirdə bir qrupda çıxış etdikləri yığmamıza 2:0 hesabı ilə qalib gəliblər. Bununla, rəqib qrup qalibi, millimiz isə 3-cü yerin sahibi olub.
Petrakov Qazaxıstan paytaxtında yığmamızdan aldıqları məğlubiyyətin əvəzini çıxdıqlarını bildirib: “Onda Azərbaycan, indi biz qalib gəldik. Futbolda belə hallarla tez-tez rastlaşmaq mümkündür. Bu gün müdafiə futbolu oynayırdıq. Axı bizi məhsuldar heç-heçə də qane edirdi. Futbolçularımız dözdülər, qaçdılar. Bir məsələni qeyd edim ki, bu, müvafiq yaş qrupunda indiyə qədər mənim gördüyüm ən güclü Azərbaycan yığmasıdır. Təəssüf ki, bu turnirdə qrupumuzda 3 eyni səviyyəli komanda mübarizə apardı. Çünki hər üçümüz qrupda 1-ci yeri tutmağa layiq komandalar olduğumuzu nümayiş etdirdik”.

0
0