“Bakı”nın yolu açıldı
09.01.2013 - 18:17
“Bakı”nın yolu açıldı
Ukraynanın “Stal” klubunun hücumçusu Roman Loktionovun ölkəsinin elita klubuna keçmək istəyi baş tutmayıb. Apasport.az saytının məlumatına görə, ukraynalı futbolçunun “Vorskla”ya keçidi gündəmdə olsa da, son anda danışıqlar uğursuz alınıb.

Belə ki, Poltava klubu onu 1-ci təlim-məşq toplanışına aparmaqdan imtina edib. Hazırda futbolçu digər təklifləri dəyərləndirməyə çalışır.

Qeyd edək ki, klub rəsmiləri təkzib etsə də, Ukrayna mətbuatı Loktionovla hücumçu axtarışında olan “Bakı”nın da maraqlandığını iddia edir. Futbolçunu elitaya çıxmağa əsas namizədlərdən olan “Stal” da saxlamaq istəyir.