“Bakı”nın “Dinamo” ilə oyunu baş tutmayacaq
10.01.2013 - 00:00
“Bakı”nın “Dinamo” ilə oyunu baş tutmayacaq
“Bakı”nın Antalyada hazırlıq müddətində Drezden “Dinamo”su ilə yoxlama oyunu keçirmək istəyi baş tutmayıb. Apasport.az saytının məlumatına görə, yanvarın 19-da baş tutmalı görüşdən almanlar son anda imtina edib.

II Bundesliqa təmsilçisi həmin tarixdə həmyerliləri ilə qarşılaşmağa üstünlük verib. Belə ki, “Dinamo”nun yanvarın 19-da sınayacağı rəqib “Münhen 1860” olub. Hər iki klubun rəsmi saytı da həmin tarixdə bir-birləri ilə yoxlama oyunu keçirəcəklərini təsdiqləyib.

Qeyd edək ki, yanvarın 14-dən 28-dək Antalyada olacaq “Bakı” 4 yoxlama oyunu keçirməyi planlaşdırıb. “Zolaqlılar” ayın 27-də “Osiyek” ilə qarşılaşacaqsa, 22 və 23-də rəqiblərin hansı komandalar olacağı bilinmir.