FİFA 41 futbolçunu ömürlük cəzalandırdı
09.01.2013 - 19:00
FİFA 41 futbolçunu ömürlük cəzalandırıb. Apasport.az saytının məlumatına görə, dünya ali futbol qurumu Cənubi Koreyada danışılmış oyunlarla bağlı sanksiyanı təsdiqləyib. Günahkarlar ilkin olaraq bu ölkənin futbol assosiasiyası tərəfindən cəzalandırılmışdı. FİFA-nın İntizam Komitəsi bu gün qərarı qəbul edərək, onu bütün beynəlxalq turnirlərə şamil edib.
Bununla belə, hərəkətlərinə görə çox peşman olduqlarını bildirən 21 oyunçu futbola qayıda bilər. Bu, 2-5 illik sınaq müddətindən sonra olacaq. Söhbət 200-500 saat aralığında müxtəlif ictimai işlərdən gedir. Cəzanın ləğv olunmağı ilə bağlı yekun qərarı yalnız Cənubi Koreyanın futbol qurumu çıxara bilər.

0
0