“İnter”in prezidenti məşqçilərlə görüşdü
09.01.2013 - 20:24
“İnter”in prezidenti məşqçilərlə görüşdü
Bu gün “Şəfa” stadionunda “İnter”in Uşaq Gənclər Futbol Məktəbinin 2013-cü ildə ilk iclası keçirilib. Apasport.az saytının məlumatına görə, tədbirdə klubun prezidenti Georgi Nikolov da iştirak etdib.

Prezident nitqinə təbriklə başlayıb: “Yeni il bayramı münasibətilə hamınızı təbrik edirəm! Hamınıza ötən ilki nəticələri təkrarlamağı arzulayıram. Minimum 2 komandamızın cari mövsümdə bizi qızıl medallarla sevindirməsini çox istərdim”.

Sonra Nikolov UGFM-in fəaliyyətinin əhəmiyyətindən danışıb: “Bildiyiniz kimi, FİFA yaxın gələcəkdə bütün klubların heyətində minimum 5 yerli futbolçunun oynamasını zəruri sayan direktiv hazırlayıb. Gözlənilir ki, bu qayda 2015-ci ildə qüvvəyə minəcək. Bu isə o deməkdir ki, sizin çiyinlərinizə ikiqat yük düşür, yəni işinizin əhəmiyyəti daha da artacaq. “İnter”in Uşaq Gənclər Futbol Məktəbi öz fəaliyyəti və kadrları ilə həmişə fərqlənib. 2015-ci ildə əsas komanda və əvəzedici heyət üçün daha çox futbolçu hazırlamalısınız”.

İclasda “İnter”in UGFM üzrə inkişaf layihəsinin rəhbəri Valentin Xodukin məşqçilərə məktəbin yaxın gələcək üçün planları haqda məlumat verib. Tədbirdə həmçinin bəzi cari məsələlər də müzakirə edilib.

Mənbə: inter.az