"Bakı" 2013-cü ildə ilk məşqinə çıxdı
09.01.2013 - 21:09
Qış fasiləsindən sonra bir araya gələn "Bakı" bu gün klubun təlim-məşq bazasında ilk məşqinə çıxıb. Apasport.az-ın klubun saytına istinad məlumatına görə, baş məşqçi Bojidar Bandoviçin rəhbərliyi altında meydana çıxan futbolçular qızınma hərəkətlərinin ardınca yüngül təmrinlər yerinə yetiriblər.
İlin ilk məşqi yüksək əhval-ruhiyyə ilə müşayət olunub. Viza məsələsində problem yaşanan və bu səbəbdən toplanış gününə qədər ölkəmizə gələ bilməyən Edemir Rodriqez və son çempionat oyununda zədələnərək xəstəxanaya düşən Edin Nuredineski məşqə qatılmayanlar arasında idilər. Makedoniyalı qapıçının düşərgəyə 2 gün sonra gələcəyi gözlənilir.
Məruz qaldığı cərrahiyyə əməliyyatından sonra bərpa dövrü keçən Uinston Parks komandaya fevralın əvvəllərində qoşulacaq.
Paytaxt klubunun heyətinə cəlb olunan Aqil Nəbiyev bugünkü məşqə "Bakı" forması ilə çıxıb. 5 gün ərzində məşqlərini təlim-məşq bazasında davam etdirəcək “zolaqlılar” bunun ardından qış təlim-məşq toplantısının məkanı Türkiyəyə yollanacaq.
Qeyd edək ki, “Bakı” yanvar 14-də Antalyaya yola düşəcək.

0
0