Runi "Anji"nin maraq dairəsində
09.01.2013 - 22:19
Runi "Anji"nin maraq dairəsində
Mahaçqala "Anji"si "Mançester Yunayted"in hücumçusu ilə yaxından maraqlanır. Apasport.az saytının Rusiya mətbuatına istinad məlumatına görə, Süleyman Kərimovun sahibi olduğu komanda Ueyn Runini transfer etməyi planlaşdırır.

Baş məşqçi Qus Hiddinkin də yanvar ayında sərəncamında görmək istədiyi ingilis futbolçuya Mahaçqala təmsilçisi yüksək məbləğdə təzminat ödəmək niyyətindədir. Tərəflər arasında razılıq əldə olunduğu təqdirdə, İngiltərə milli komandasının üzvü ikinci dövrədən etibarən "Anji"nin formasını geyinəcək.

Qeyd edək ki, “Anji” Rusiya Premyer Liqasının turnir cədvəlində 41 xalla 2-ci pillədə qərarlaşıb.